Menu

“Qalib gəlsək, hər amerikalı 5 min dollar alacaq” - Trampın qəribə seçki vədi nəyə əsaslanır?

10.09.2026, 10:58
“Qalib gəlsək, hər amerikalı 5 min dollar alacaq” - Trampın qəribə seçki vədi nəyə əsaslanır?

ABŞ Prezidenti Donald Tramp Amerikanı və dünyanı təəccübləndirməkdə davam edir. 

“AzPolitika” xəbər verir ki, Trampın Konqresə aralıq seçkçisilə bağlı yeni bəyanatı geniş müzakirələrə və tənqidlərə səbəb olub.

ABŞ Prezidenti Respublikaçılar Partiyasının noyabr ayında keçiriləcək seçkilərdə Konqresin hər iki palatasına nəzarəti ələ keçirəcəyi təqdirdə hər bir yetkinliyə çatmış ABŞ vətəndaşına 5000 dollar ödəyəcəyinə söz verib.

"Əgər Respublikaçılar həm Nümayəndələr Palatasında, həm də Senatda - hər iki palatada qalib gəlsələr, mən Amerika Birləşmiş Ştatlarının hər bir yetkin vətəndaşına 5000 dollar dividend ödəyəcəyəm", - deyə Tramp Texasda Respublikaçılar Partiyasının seçki kampaniyası qurultayında çıxışı zamanı bildirib.

“Reuters” Trampın bu vədinin təxminən 1,35 trilyon dollara başa gələcəyini hesablayıb. Təbii ki, ABŞ Prezidenti bu məbləği öz cibindən ödəmək fikrində deyil. Eyni zamanda, Tramp özbaşına bu pulu federal büdcədən də verə bilməz. Ödəniş üçün qanunvericilik orqanının təsdiqi və Konqresin ayırmaları tələb olunacaq. Bu isə nə siyasi, nə də iqtisadi baxımdan mümkün görünmür. Tramp özü də çıxışında bu pulu necə, hansı mənbədən ödəyəcəyini açıqlamayıb. Bunun əvəzinə Tramp iddia edib ki, Demokratlar seçkidə qalib gələrsə, ABŞ vətəndaşlarını “cəhənnəm gözləyir”. Onun dediyinə görə, Demokratlar ABŞ-ni "kommunist ölkəsinə çevirəcək”: "Əgər uduzsaq, sərhədinizi, vergi güzəştlərinizi, təhlükəsizliyinizi, rifahınızı itirəcəksiniz... Cəhənnəmdən keçəcəksiniz - cəmi iki il əvvəl olduğu kimi. Biz cəhənnəmdən keçdik. Bütün dünya bizə güldü".

Trampın bu açıqlamaları, xüsusilə də 5 min dollar vədi təəccüb və hətta heyrətlə qarşılanıb. Çünki bu, açıq şəkildə seçicilərin səsinin pulla alınması cəhdid kimi qiymətləndirilir.

Bir çox müşahidəçilər Trampın bu çıxışına olduqca tənqidi yanaşıblar və bunu çox təhlükəli hesab ediblər. Onların fikrincə, ABŞ Prezidenti həm seçicilərin səsini pulla almağa, həm də bu pulu həmin seçicilərin özlərinin ödədikləri vergilər hesabına ödəməyə cəhd edir. Bu isə ABŞ demokratiyası üçün utancverici mənzərədir…

C.Məmmədli

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol