Menu

Atəşkəsdən bəri ölənlərin sayı 1300-ü keçib

10.09.2026, 16:10
Atəşkəsdən bəri ölənlərin sayı 1300-ü keçib

İsrail Ordusunun Qəzza zolağının şimalına endirdiyi hava zərbəsi nəticəsində bir ailənin 4 üzvü – ər-arvad və onların 8 və 12 yaşlı qızları həlak olub.

“AzPolitika” “Reuters” agentliyinə istinadla xəbər verir ki, faciəvi hadisə Bext-Lahiya yaşayış məntəqəsində qeydə alınıb. İsrail Müdafiə Qüvvələri (IDF) hücumla bağlı hələlik heç bir rəsmi açıqlama verməyib.

Ötən ilin oktyabr ayında ABŞ-nin vasitəçiliyi ilə əldə olunmuş atəşkəs razılaşması kütləvi hərbi əməliyyatları dayandırsa da, tərəflər arasında dayanıqlı sülhün əldə olunması istiqamətində ciddi irəliləyiş qeydə alınmayıb. HƏMAS İsraili atəşkəs rejimini pozmaqda və ABŞ Prezidenti Donald Trampın münaqişəyə son qoymağa yönəlmiş planının icrasına mane olmaqda təqsirləndirir. 

Sözügedən plan İsrail qoşunlarının Qəzza zolağından tam çıxarılmasını və HƏMAS-ın tərksilah edilməsini nəzərdə tutur. İsrail tərəfi isə qarşı tərəfi sazişin şərtlərini pozmaqda günahlandırır.

Məlumata görə, atəşkəs rejimi qüvvəyə mindiyi vaxtdan bəri Qəzzada əksəriyyəti mülki şəxslər olmaqla 1300-dən çox fələstinli həlak olub. İsrail ordusu isə bu dövr ərzində 4 hərbçisinin öldüyünü açıqlayıb.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol