Menu

Xaricə qaçan 7 FETÖ şübhəlisi saxlanıldı - Əməliyyat

10.09.2026, 23:46
Xaricə qaçan 7 FETÖ şübhəlisi saxlanıldı - Əməliyyat

Türkiyənin Muğla vilayətində xaricə qaçmağa cəhd edən 9 "Fətullahçı" Terror Təşkilatı (FETÖ) şübhəlisindən 7-si həbs edilib.

Bu barədə "TRT Haber" məlumat yayıb.

Məlumata görə, onlar Sahil Mühafizəsi Komandanlığının əməkdaşları tərəfindən saxlanılıb.

Əməliyyat zamanı qayıqda 40 080 avro, 200 ABŞ dolları, 4 752 türk lirəsi və 3 saxta Belçika şəxsiyyət vəsiqəsi aşkar edilərək götürülüb, qayıq isə müsadirə edilib.

Muğla Baş Prokurorluğunun məlumatına görə, FETÖ üzvlüyü ilə bağlı barələrində araşdırma aparılan və işləri apellyasiya mərhələsində olan şəxslərin ölkədən qaçmağa hazırlaşdıqları müəyyən edilib.

"Qayıq saxlanıldıqdan sonra FETÖ-yə üzvlükdə şübhəli bilinən 9 nəfərdən 7-si də həbs edilib, 2 nəfər isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb", - məlumatda qeyd olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol