Menu

Rəis müavinini elektrik cərəyanı vuraraq öldürdü

11.09.2026, 13:03
Rəis müavinini elektrik cərəyanı vuraraq öldürdü

Hacıqabul sakinini elektrik cərəyanı vuraraq öldürüb.

"AzPolitika"  xəbər verir ki, hadisə Hacıqabul rayonunun Qarasu kəndində baş verib.

Hacıqabul sakini, 1984-cü il təvəllüdlü Davud Aydın oğlu Məmmədovu ərazidə yerləşən transformatorda yüksək gərginlikli elektrik cərəyanı vuraraq öldürüb.

Qeyd edək ki, D.Məmmədov elektrik müəssisəsində rəis müavini vəzifəsində çalışırdı.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol