Menu

Aqrar Sığorta Fondunun fəaliyyətini yoxladılar - Qərar qəbul olundu

11.09.2026, 15:48
Aqrar Sığorta Fondunun fəaliyyətini yoxladılar - Qərar qəbul olundu

Hesablama Palatasında keçirilmiş növbəti Kollegiya iclasında auditor Cavid Bayramovun təqdim etdiyi "Aqrar sığorta fəaliyyətinin səmərəliliyinin və nəticəliliyinin qiymətləndirilməsinin auditinin nəticələrinə dair Auditor hesabatı" müzakirə olunub.

"AzPolitika" Palataya istinadən xəbər verir ki, iclasda kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov, Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov və digər məsul şəxslər iştirak ediblər.

Onlar auditin nəticələrinin aidiyyəti sahədə fəaliyyətin təkmilləşdirilməsinə töhfə verəcəyini vurğulayaraq, irəli sürülən təklif və tövsiyələrin nəzərə alınacağını qeyd ediblər. Müzakirələrin yekununda auditor hesabatının təsdiq edilməsi, həmçinin aşkar olunmuş nöqsanların aradan qaldırılması məqsədilə audit olunan qurumun zəruri tədbirlər görməsinə dair qərar qəbul olunub.

Daha sonra "Əmlak vergisinin proqnozlaşdırılması, hesablanması və yığılmasının auditinin nəticələrinə dair Auditor hesabatı" müzakirə olunub. Müzakirələrin yekununda auditor hesabatının təsdiq edilməsi, həmçinin aşkar olunmuş nöqsanların aradan qaldırılması məqsədilə audit olunan qurum tərəfindən zəruri tədbirlərin görülməsinə dair qərar qəbul olunub.

İclasın sonunda gündəlikdə nəzərdə tutulan digər cari məsələlərə də baxılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol