Menu

PREZİDENT ŞƏFİYEVLƏ BAĞLI SƏRƏNCAM İMZALADI - Sədr təyin edildi + DOSYE (Yenilənib)

11.09.2026, 17:31
PREZİDENT ŞƏFİYEVLƏ BAĞLI SƏRƏNCAM İMZALADI - Sədr təyin edildi + DOSYE (Yenilənib)

Fərid Rauf oğlu Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi İdarə Heyətinin sədri təyin edilsin.

"AzPolitika" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Xatırladaq ki, bu il fevralın 20-də Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi" və "Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi" publik hüquqi şəxslərin yenidən təşkili haqqında Fərman imzalayıb.

Qeyd edək ki, Fərid Şəfiyev 1969-cu ildə Bakı şəhərində anadan olub.O, 1989-1994-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil alıb.

2002-2003-cü illərdə Harvard Universitetinin Kennedi Dövlət Məktəbində dövlət idarəçiliyi üzrə magistr dərəcəsinə yiyələnib.

2009-2015-ci illərdə Karlton Universitetində oxuyaraq, tarix üzrə elmlər doktoru dərəcəsini alıb.1996-cı ildən Xarici İşlər Nazirliyi sistemində işləyir. 1998-2001-ci illərdə Azərbaycanın BMT yanında nümayəndəliyində çalışıb.

22 may 2009-cu ildən Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiridir.2009-2014-cü illərdə Azərbaycanın Kanadada, 2014-2019-cu illərdə isə Çexiyada fövqəladı və səlahiyyətli səfiri olub.

26 may 2011-ci ildən 9 iyul 2014-cü ilədək Beynəlxalq Mülki Aviasiya Təşkilatı yanında da Azərbaycan Respublikasının daimi nümayəndəsi olub.

2019-cu il fevralın 19-da Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri təyin edilib.

ADA Universitetində Beynəlxalq Münasibətlər və Xarici Siyasət istiqamətləri üzrə akademik fəaliyyət göstərir. Fərid Şəfiyev çoxsaylı məqalələrin, müstəqil şərhlərin (op-ed) və bir sıra akademik nəşrlərin, o cümlədən 2018-ci ildə McGill-Queen’s University Press tərəfindən nəşr olunmuş “Sərhəd bölgələrinin köçürülməsi: Cənubi Qafqazda məskunlaşma siyasəti və etnik münaqişə” adlı kitabın müəllifidir.

O, Azərbaycan, çex, ingilis, fransız, rus və türk dillərini bilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol