Menu

"HEÇ KƏSƏ SÖZ VERİLMƏDİ..." - Xalq artistindən etiraz + VİDEO

12.09.2026, 21:00
"HEÇ KƏSƏ SÖZ VERİLMƏDİ..." - Xalq artistindən etiraz + VİDEO

Xalq artisti Həmidə Ömərova Azərbaycan Kinematoqrafçılar İttifaqına keçirilən seçki prosesi ilə bağlı narazılığını bildirib.

“AzPolitika” xəbər verir ki, “APA TV”yə danışan sənətkarın sözlərinə görə, müstəqil platformanın seçilən nümayəndəsi kimi ona söz veriləcəyini ümid edib, lakin bu belə olmayıb.

“Nəinki mənə, heç mənim adımdan danışmaq istəyən heç kəsə söz verilmədi. Əgər kinematoqrafçıların bir qismi kiminsə namizədliyini irəli sürürlərsə, onu da dinləmək lazım idi. Heyif ki, mən öz fikrimi deyə bilmədim, buna imkan verilmədi. Bütün bunlara baxmayaraq, mən həmişə Kinematoqrafçılar İttifaqının inkişafına xidmət etmişəm, bundan sonra da edəcəyəm”, - Xalq artisti deyib.

Qeyd edək ki, Xalq artisti Şəfiqə Məmmədova ötən gün baş tutan konfransda Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri seçilib. Sədrliyə namizədliyi sürülənlərdən biri də Həmidə Ömərova olub.

Daha ətraflı videoda:


Şərhlər

Roma 2026-09-15 18:40:40

Məqalədən sitat: "Qeyd edək ki, Xalq artisti Şəfiqə Məmmədova ötən gün baş tutan konfransda Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri seçilib. Sədrliyə namizədliyi sürülənlərdən biri də Həmidə Ömərova olub."...
Bu necə seçkidi ki, İttifaqın bəzi üzvləri, Həmidə xanımın namizədliyini irəli sürmək istəyib, amma buna imkan verilməyib???...bir çox tanınmışlar da, Anar, Fərhad Xəlilov, Firəngiz Əlizadə, deputat Aqil Abbas və s. hamısı Şəfiqə xanımı tərifləyirlər. Başa düşüləndir özləri də həmin yaş ətrafında, hərəsi də oxşar postlarda, övladları vəzifələrdə və s. niyə itirsinlər???...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol