Menu

“Bu halda Litva xəritədən yox olacaq” - Medvedev

12.09.2026, 13:00
“Bu halda Litva xəritədən yox olacaq” - Medvedev

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Litvanın dünya xəritəsindən silinə biləcəyini deyib. 

“AzPolitika” Rusiya mediasına istinadla xəbər verir ki, D.Medvedev bu açıqalmanı dünən Litva ilə həmsərhəd olan Şimal-Qərb Federal Dairəsinə səfəri zamanı verib.

O bunu Litvanın öz ərazisində nüvə silahlarının yerləşdirilməsini qadağan edən müddəanın Konstitisiyadan çıxarılması təşəbbüsünə cavab olaraq bildirib.

Medvedev deyib ki, Rusiya bu cür silahların yerləşdirilməsinə "cavab verərsə", NATO Litvanın adından prosesə müdaxilə etməyəcək: "Hətta orada yanmış torpaq olsa belə, başqa heç bir ölkə onların uğrunda mübarizə aparmayacaq. Şimali Atlantika Müqaviləsinin məlum 5-ci maddəsi isə tətbiq olunmayacaq, bunu hamı qəbul edir... Çünki o tətbiq olunsa, qlobal fəlakət olacaq. Onlar axmaq deyillər… Litva isə dünya xəritəsindən yox olacaq".

O, həmçinin Rusiyanın Avropaya hücum edə biləcəyi barədə məlumatları "şayiələr" adlandırıb.

Qeyd edək ki, Litvada nüvə silahlarının ölkə ərazisində yerləşdirilməsini qadağan edən konstitusiya müddəasının ləğvi ilə bağlı müzakirələr davam edir. Prezident Gitanas Nauseda əvvəllər bu müddəanın köhnəldiyi barədə geniş siyasi konsensusa gəlindiyini bildirmişdi.

Litvanın müdafiə naziri Robertas Kaunas isə iyun ayında Vilnüsün Amerika nüvə silahlarının Litva torpağında yerləşdirilməsi ilə bağlı ABŞ ilə danışıqlar apardığını təsdiqləyib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol