Menu

"ƏYRİNİ DAHA TƏKMİL ETMƏYƏ ÇALIŞMAĞA DƏYMƏZ..." - Rektorun AÇIQLAMASI

13.09.2026, 11:29
"ƏYRİNİ DAHA TƏKMİL ETMƏYƏ ÇALIŞMAĞA DƏYMƏZ..." - Rektorun AÇIQLAMASI

Azərbaycanda bakalavr və magistratura təhsilinin müddətinin azaldılması ilə bağlı müzakirələr davam edərkən, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov da məsələyə münasibət bildirib.

O, təhsilin müddətinin qısaldılmasının öz-özlüyündə təhsildə keyfiyyətli və köklü dəyişikliklərə gətirib-gətirməyəcəyi barədə düşüncələrini bölüşüb. Rektor bu kontekstdə doktorantura təhsilinin müddəti ilə bağlı fərqli yanaşmanı da diqqətə çatdıraraq, elmi nəticə və tədqiqat bacarığının əsas meyar kimi götürülməsinin mümkünlüyünü vurğulayıb. 

"AzPolitika" prodessor Ədalət Muradovun paylaşımını təqdim edir: 

"Bakalavr təhsilinin 3, magistr təhsilinin isə 1 ilə endirilməsinin müzakirə olunduğu haqqında məlumat oxudum. Təhsilin gələcəyi və gələcəyin təhsili baxımından bu mövzunu kifayət qədər əhəmiyyətli və zəruri hesab edirəm. Eyni zamanda, inanıram ki, yalnız təhsil müddətinin azaldılması ilə təhsilin "sıçrayışlı" inkişaf etməyəcəyini və təhsildə "hər şeyin düzəlməyəcəyini" hamı qəbul edir. 

Mövzuya aidiyyəti olduğunu nəzərə alaraq, oxuduğum bir məlumatı da bölüşmək istədim. Söhbət doktorantura təhsilinin müddətinin azaldılmasından gedir. Norveç Biznes Məktəbinin professoru Adrian Furnham hesab edir ki, eksperimental elmlər üzrə PhD proqramını 15–18 ay ərzində uğurla başa çatdırmaq mümkündür. 

Onun fikrincə, doktoranturanın məqsədi uzun illər davam edən tədqiqat deyil, müstəqil elmi araşdırma aparmaq bacarığını nümayiş etdirməkdir. Müəllif doktorantların ilk semestrlərdən etibarən elmi rəhbərlə birlikdə real tədqiqatlara qoşulmasını, məlumat toplamasını, təhlil aparmasını və nəticələri nüfuzlu elmi jurnallarda dərc etdirməsini tövsiyə edir. O, hesab edir ki, nəşr olunmuş elmi məqalələr uğurlu PhD-nin ən etibarlı göstəricisidir.

Professor Adrian Furnham onun fikrinə qarşı səslənən üç əsas etiraza da cavab verir:

- Bu yanaşmanın yalnız psixologiyada mümkün olması fikrini qəbul etmir;

- Doktorantların tədqiqatçı kimi işləməsini istismar deyil, ən effektiv öyrənmə üsulu hesab edir;

- PhD-nin əsas məqsədinin böyük həcmli əsər yazmaq deyil, tədqiqat səriştəsini sübut etmək olduğunu vurğulayır.

Beləliklə, A. Furnham əmindir ki,PhD-nin keyfiyyəti onun neçə il davam etməsi ilə deyil, doktorantın qazandığı tədqiqat bacarıqları və ortaya qoyduğu elmi nəticələrlə ölçülməlidir. Başqa sözlə, PhD tədqiqat aparmaq bacarığını təsdiqləyən bir sertifikatdır. Düşünməyə dəyər!

Bütün hallarda, bu kimi aktual məsələlərin müzakirə predmetinə çevrilməsi çox faydalıdır. Əyrini daha təkmil etməyə çalışmağa dəyməz. Həqiqət odur ki, təhsilin gələcəyi və eləcə də gələcəyin təhsilini necə görürük sualı cavabını gözləyir".

Elman İsmayıllı

"AzPolitika.info"

Şərhlər

B.Süni zəka 2026-09-16 10:56:44

Uzaq Norveçə getmək gərək deyil? 1984-1985ci illərdə Don Politexnik institutunda oldum. Yalnız mədənçıxarma, hasilat, texnoloji mühəndislil deyil, texniki-iqtisadi düşüncələr, mümkün məhsuldarlıq, yaradılan dəyərlər, hər birini əyani hesablamalarla öyrənilmə qısa dəeslikləri vardı? İqisadçı tələbə mədən işini təşkili və hesabatını, Əməkçı işçilərə həvəsləndirici əmək haqqları, mühəndislərə texniki yenilik, yaradıcələq mükafatları düşünürdülər! Ölkəmizdə isə Valideynlərin *Övladım-Mal otaran yox idarə-edici olsun!* arzüsu operativcə siyasətin *Nə prestijli, minnətli, qazanc marağı ilə üst-üstə düşüb!? Bazar hesabatı gələn ilə dəqiq sorğu və tam dəqiq ödəniş!

Prof, Həsən Hüaseynov 2026-09-15 11:22:43

Bütün mürəkkəb proseslər ikinci və daha yüksək tərtibli əyrilərlə şərh olunur

Əliəddin 2026-09-14 12:18:22

Norveç Biznes Mərkəzinin professorunun PhD proqramının 15-18 ayda yerinə yetiriləcəyi fikri tamamilə doğrudur. Bu ancaq Avropanın, ümumiyyətlə 10-15 ölkənin laboratoriyalarında gerçəkləşə bilər. Bakalavriat səviyyəsində ən adi təcrübələri aparmaq mümkün olmayan şəraitdə bu fikir xəyaldan başqa bir şey deyil.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol