Menu

30 KİLOMETRƏ 2 SAAT 10 DƏQİQƏ! – Labirint, yoxsa biabırçılıqdır?

14.09.2026, 11:45
30 KİLOMETRƏ 2 SAAT 10 DƏQİQƏ! – Labirint, yoxsa biabırçılıqdır?

Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli yollarda üzləşdiyi problemlərlə bağlı sosial şəbəkə hesabında paylaşım edib. 

"AzPolitika" xəbər verir ki, ekspert paytaxtın müxtəlif istiqamətlərində hərəkətin uzun vaxt aparmasını konkret marşrut üzərindən təsvir edib.

Əziz Əlibəyli yazır: "Yeni Ramana"dan evdən çıxmısansa, "Aeroport yolu"na daxil ola bilməyəcəksən. Tutaq ki, saat 8 radələrində yola daxil ola bildin. 10 dəqiqəlik yolu bir saata gedib "Koroğlu"ya çatacaqsan. Deyək ki, nəhayət, "Koroğlu"ya çatdın. Oradan "İçərişəhər"ə isə 25–30 dəqiqədən tez çata bilməyəcəksən. Tutaq ki, "İçərişəhər"ə də çatdın. Oradan "Yasamal", "Lider TV" tərəfə getmək üçün nəzərdə tutulan 6 və ya 10 saylı marşruta minə bilməyəcəksən. Çünki həmin marşrut gəlməyəcək. Nəticədə başqa hərəkət zolağı ilə davam edən 65 saylı marşruta minməli, "Nizami"ni fırlanaraq "Çıraq Plaza"nın yanına qədər təxminən 20–25 dəqiqəyə getməli olacaqsan. Amma məsələ bununla da bitmir. Daha 15 dəqiqə sərf edib müəyyən olunmuş hədəfə çatacaqsan".

Ekspert fikirlərini suallarla tamamlayıb: "Bu nə labirintdir? Bu nə biabırçılıqdır? Və təxminən, 30 kilometrlik məsafəni 2 saat 10 dəqiqəyə gedirik!"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol