Menu

İranda İsrail agentlərinə qarşı şok qərar - 240 nəfərin əmlakı müsadirə edildi

14.09.2026, 12:43
İranda İsrail agentlərinə qarşı şok qərar - 240 nəfərin əmlakı müsadirə edildi

İran hakimiyyəti İsrail və digər "düşmən ölkələr"lə əlaqədə ittiham olunan 240 nəfərin var-dövlətini müsadirə edib. 

"AzPolitika" xəbər verir ki, bu barədə məlumatı İranın dövlət televiziya kanalı IRIB yayıb.

Hüquq-mühafizə orqanlarının nümayəndələri bildiriblər ki, sözügedən şəxslər ölkə əleyhinə təbliğat aparmaqda və ya əməli addımlar atmaqda günahlandırılırlar. Onların bu əməlləri nəticəsində İranın infrastrukturuna ciddi ziyan dəydiyi vurğulanır.

Məsələ ilə bağlı IRIB-ə açıqlama verən Ədliyyə Nazirliyinin mətbuat katibi müsadirə olunmuş mülklərin taleyinə aydınlıq gətirib: "Bu əmlak İran xalqına məxsusdur. Məhkəmə sistemi müsadirə olunan aktivlərin dəymiş ziyanın ödənilməsi və zərərçəkənlərə kompensasiya verilməsi məqsədilə istifadə olunması üçün lazım olan bütün hüquqi prosedurları icra edəcək".

Xatırladaq ki, ötən il İranda casusluqla mübarizə haqqında qanunvericilik daha da sərtləşdirilmişdi. Yeni qanuna əsasən, ABŞ, İsrail və ya hər hansı digər düşmən dövlətə/qruplaşmaya yardım edən İran vətəndaşlarını edam cəzası və bütün əmlaklarının müsadirə olunması gözləyir.

Sözügedən cinayət tərkibinə İsrailin mövcudluğunu "qanuniləşdirməyə" cəhd etməkdən tutmuş, xarici şəbəkələrlə foto, video və ya məxfi məlumatları paylaşmağa qədər 

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol