Rusiya ordusu Ukraynaya qarşı müharibədə daha bir generalını itirib. Söhbət general-leytenant Sergey Milçakovdan gedir.
“AzPolitika” xəbər verir ki, general Milçakovun həlak olduğu barədə tanınmış rusiyalı hərbi bloqer Anastasiya Kaşevarova məlumat paylaşıb.
Generalın Ukraynanın Cənub Hərbi Dairəsinin 51-ci Ordusunun qərargahına endirdiyi raket zərbəsi nəticəsində həlak olduğu qeyd edilir.
Kaşevarova yazıb ki, Ukrayna dəqiq zərbə endirib, deməli, generalın yeri barədə qarşı tərəfə məlumat ötürülüb.
Qeyd edək ki, Milçakov Rusiya Prezidenti Vladimir Putin tərəfindən Rusiya Qəhrəmanı adına layiq görülüb. O, Donetsk vilayətindəki Pokrovsk-Dobropolsk istiqamətində Rusiya qoşunlarına komandanlıq edib.
“AzPolitika.info”


Şərhlər