Menu

DTX-nin saxladığı "Çevik" həbs olunub

14.09.2026, 18:07
DTX-nin saxladığı "Çevik" həbs olunub

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Məqsəd Məcid oğlu Bağırov və Kamran Ramiz oğlu Bilalov barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

"AzPolitika" xəbər verir ki, onlara Cinayət Məcəlləsinin 283-cü (283. Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddəsi ilə ittiham elan ediliblər.

Belə ki, Kamran Bilalov və Məqsəd Bağırov cəmiyyətdə dini nifrət və düşmənçilik salınması ilə bağlı əməllərin törədilməsində təqsirli bilinirlər.

Qeyd edək ki, "Çevik1" ləqəbli Məqsəd Bağırov Tiktok sosial şəbəkəsində canlı yayımlar açaraq dini mövzularda müxtəlif mübahisəli fikirlər söyləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol