Hər il ənənəvi olaraq payızda Soçidə keçirilən və Prezident Vladimir Putinin də iştirak etdiyi “Valday” Müzakirə Klubunun illik iclası bu il Moskvaya köçürülüb.
“AzPolitika” xəbər verir ki, bu barədə klubun veb saytında məlumat yayılıb.
Bu qərarın səbəbi Kreml tərəfindən hələlik rəsmən açıqlanmasa da, köçürmənin təhlükəsizliklə bağlı olduğu bildirilir. “Financial Times” qəzetinin öz mənbələrinə istinadla verdiyi məlumata görə, bu, Ukraynanın dron hücumlarının intensivləşməsi fonunda təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən baş verib. İki mənbəyə görə, Rusiya Prezidentinin Təhlükəsizlik Xidməti məkanın dəyişdirilməsində israr edib.
Qəzetin məlumatına görə, görüşə dəvət olunmuş təxminən 120 qonağa dəyişiklik barədə hələ avqust ayında məlumat verilib, baxmayaraq ki, onlar əvvəlcə Soçiyə dəvət almışdılar.
Putin ənənəvi olaraq illik “Valday” müzakirələrinin son günündə çıxış edir və uzun sual-cavab sessiyası keçirir.
“AzPolitika.info”


Şərhlər