Menu

Bortnikov gedir, varisi istefa verdi - FTX-da ciddi dəyişikliklər başlayır

15.09.2026, 11:43
Bortnikov gedir, varisi istefa verdi - FTX-da ciddi dəyişikliklər başlayır

Rusiya xüsusi xidmət orqanlarında böyük kadr dəyişiklikləri və rekorporasiya dalğası gözlənilir. 

“AzPolitika” yerli mediaya istinadla xəbər verir ki, Federal Təhlükəsizlik Xidmətinin (FTX) İqtisadi Təhlükəsizlik Xidmətinin (İTX) rəhbəri Sergey Alpatov səhhətindəki problemləri əsas gətirərək postunu tərk edib.

İTX rəsmi Moskva üçün sadəcə xüsusi xidmət bölməsi deyil; bura ölkənin bank-maliyyə sektoru, Prezident Administrasiyası, hökumət, eləcə də nəhəng neft-qaz və hərbi-sənaye komplekslərinə kuratorluq edən strateji mərkəzdir. Hətta FTX-nin hazırkı rəhbəri Aleksandr Bortnikov da qurumun sükanı arxasına geçməzdən əvvəl məhz bu xidmətə rəhbərlik edib.

Qərbin analitik mərkəzləri və müstəqil təhqiqatçılar bu istefanı daha böyük kadr islahatlarının ilk addımı kimi qiymətləndirirlər. “Vajniye istorii“ nəşrinin mənbələrinə görə, rekorporasiya dalğası birbaşa FTX-nin başçısı Aleksandr Bortnikova da toxuna bilər. 

Bortnikovun varisi kim olacaq

18 ildır FTX-ya rəhbərlik edən və son dövrlərdə ölkədəki faktiki hakimiyyətin böyük hissəsini öz əlində cəmləşdirən Bortnikovun uzun müddətdir “təqaüdə çıxmaq istədiyi“ bildirilir. Səlahiyyətlərinin böyük qismini artıq onun birinci müavini Sergey Korolyov icra edir. Analitiklər Korolyovu Rotenberq qardaşları və “Tambov” qruplaşması ilə əlaqələndirirlər. Gözlənilən digər namizədlər arasında Hərbi Əks-kəşfiyyat İdarəsinin rəhbəri, İqor Seçinin adamı kimi tanınan İvan Tkaçov və Əks-kəşfiyyat Xidmətinin rəhbəri Vladislav Menşikov da var. Analitiklərin şərhində iki əsas versiya önə çıxır.

Mütəxəssislərin fikrincə, Hərbi Əks-kəşfiyyat nümayəndələrinin ön plana çıxması Rusiyanın bütün resurslarını uzunmüddətli müharibə relslərinə keçirməsi ilə birbaşa bağlıdır. Bu, Kremlin müharibəni 2030-cu ilə qədər uzatmaq planlarının və daxildə müxalifətlə mübarizəni əsas prioritetə çevirməsinin göstəricisidir. FTX-ya gətiriləcək yeni “gənc qurdlar“ köhnə nəslə nisbətən daha sərt və amansız xətt yürüdəcəklər.

Rasim

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol