Qara dənizdə gəmilərə hücumla bağlı münaqişə tərəflərinə lazımi xəbərdarlıq edilib.
"AzPolitika" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat üçün brifinqdə deyib.
O, bugünkü görüşdə azərbaycanlı həmkarı ilə Rusiya-Ukrayna müharibəsini də müzakirə etdiklərini bildirib:
"Son vaxtlar Qara dənizdə yük gəmilərinə hücumlar ciddi narahatlıq doğurur. Təəssüf ki, Azərbaycan və Türkiyə vətəndaşları arasında həlak olanlar da var. Biz münaqişə tərəflərinə bu məsələ ilə bağlı lazımi xəbərdarlıqlarımızı edirik. Son günlərdə bu təmaslar daha da artırılıb".


Şərhlər