Menu

Jurnalistlərin övladları da bu il birinci sinfə qədəm qoydu - FOTOLAR

15.09.2026, 15:05
Jurnalistlərin övladları da bu il birinci sinfə qədəm qoydu - FOTOLAR

Yeni tədris ili ilə birlikdə minlərlə uşaq kimi media nümayəndələrinin övladları da ilk dəfə məktəb həyatı yaşayacaq. Onların arasında tanınmış jurnalistlərin və media əməkdaşlarının övladları da var.

Şəhid jurnalist Sirac Abışovun oğlu Özgür Sumqayıtda yerləşən İdrak liseyində təhsil alacaq. Özgürün məktəbə ilk addımı onun ailəsi üçün xüsusi və kövrək bir məqamdır.

Jurnalist İntiqam Valehoğlunun övladı da bu il birincilər sırasındadır.

Həmçinin AzPolitika.az saytının baş redaktoru Samir Mirzə və Bizimyol.info saytının əməkdaşı Leyla Mirzənin övladı Nihad Mirzə-zadə bu il 100 nömrəli tam orta məktəbdə birinci sinfə başlayıb.

Baku TV-nin əməkdaşı Mürvət Zalikoğlunun övladı Tuncay yeni tədris ilində 83 nömrəli məktəbdə oxuyacaq.

İctimai TV-nin əməkdaşı Gündüz Vaqifoğlunun qız övladı da bu il məktəbli olub.

Səhhət.az saytının baş redaktoru Günel Cəlilova və jurnalist Amil Hacıyevin övladı Cavid isə 198 nömrəli məktəbdə birinci sinfə qədəm qoyub.

Publika.az saytının siyasi yazarı Asif Nərimanlının övladı Fateh də bu il ilk dəfə məktəbli olacaq.

ATV-nin media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ozal İbrahimlinin övladı Turqut da birincilər sırasındadır.

Birinci sinif hər bir uşaq üçün yeni başlanğıcdır. Məktəb həyatı ilə onlar yeni biliklər qazanacaq, dostlar tapacaq və həyatlarının mühüm mərhələlərindən birinə qədəm qoyurlar.

Media nümayəndələri də bu əlamətdar gündə övladlarının sevincini yaşayır. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol