“Orta Dəhlizin yeni istiqaməti kimi Zəngəzur dəhlizinin xüsusi önəmi var”.
"AzPolitika" xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Bakıda Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, Azərbaycanın əsas hissəsində Ermənistanla sərhəd istiqamətində avtomobil yolunun tikintisi üzrə işlərin 95%-i, dəmir yolu layihəsinin isə 75%-i tamamlanıb.
“Hər iki layihənin 2027-ci ildə başa çatması nəzərdə tutulur. Hazırda Naxçıvanda dəmir yolunun yenidən qurulması ilə bağlı işlərə başlanılıb. Türkiyə-Naxçıvan dəmir yolunun 42 kilometrlik hissəsi Ermənistan ərazisinə düşür. Bu, Zəngəzur dəhlizinin bir hissəsidir. Burada danışıqlar ABŞ və Ermənistan arasında həyata keçirilir. Bu, Ermənistan ərazisi sayılsa da, giriş və çıxış Azərbaycandan həyata keçiriləcək. Layihələndirmə işləri bu il başa çatmalıdır, fiziki işlər isə 2027-ci ildə başlayacaq. Bu layihənin başa çatdırılması vacibdir. Artıq Avropadan Türkiyə və Azərbaycan üzərindən bağlantının təmin olunması üçün şərait yaranacaq”, - Ceyhun Bayramov qeyd edib.


Şərhlər