Menu

Son 8 ayda Azərbaycandan Ermənistana ixracın dəyəri açıqlandı

15.09.2026, 15:50

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Ermənistana 17 milyon 602,76 min ABŞ dolları dəyərində məhsul ixrac edib.

"AzPolitika" bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, Azərbaycanın ümumi ixracının 0,08 %-ni təşkil edib.

Ötən ay Ermənistandan Azərbaycana ixrac həyata keçirilməyib.

2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrlə 33 milyard 238 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 21 milyard 815 milyon ABŞ dolları ixracın, 11 milyard 423 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 27,8 % artıb, idxal isə 24,1 % azalıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol