Menu

AYNA bu şirkətə 77,3 milyon verəcək - Müqavilə bağlayıb

16.09.2026, 16:49
AYNA bu şirkətə 77,3 milyon verəcək - Müqavilə bağlayıb

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən respublika ərazisində yollarda nişanlanma və xətlənmə işlərinə sərf olunacaq vəsaitin həcmi məlum olub.

"AzPolitika" xəbər verir ki, "İqtisadiyyat.az"-ın məlumatına görə, agentlik bununla bağlı “STP-Btech” şirkəti ilə iki nəhəng müqavilə bağlayıb.

Müvafiq olaraq müqavilələrdən birinin maliyyə dəyəri 29,4 milyon manat, digərinin maliyyə dəyəri isə 36,1 milyon manat müəyyənləşib.

Beləliklə, AYNA respublika ərazisində yollarda nişanlanma və xətlənmə işlərinə 65,5 milyon manat xərcləyəcək.

Xatırladaq ki, AYNA ötən il xətlənmə və nişanlanma işləri ilə bağlı “STP-Btech” şirkəti ilə əvvəlcə 32,3 milyon manat, sonra isə 45 milyon manat dəyərində (ümumilikdə 77,3 milyon manat) müqavilə bağlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol