Menu

Kadırovun oğlu üçün şəxsi ordu - "Dustum K-13" adlı xüsusi silahlı birləşmə yaradılıb

16.09.2026, 20:31
Kadırovun oğlu üçün şəxsi ordu - "Dustum K-13" adlı xüsusi silahlı birləşmə yaradılıb

Çeçenistan başçısı Ramzan Kadırovun 18 yaşlı oğlu Adam Kadırov üçün "Dustum K-13" adlı xüsusi silahlı birləşmə yaradılıb. 

“AzPolitika” xəbər verir ki, bu barədə “Verstka” nəşri məlumat yayıb.

Məlumatda deyilir ki, bu hərbi birləşmənin döyüşçüləri Kadırovlar nəslinin çıxdığı Axmat-Yurt yaşayış məntəqəsindəki “Axmat” xüsusi qüvvələrinə məxsus bir obyektdə yerləşir.

2026-cı ilin əvvəllərindən başlayaraq, Çeçenistan mediası "Dustum K-13”-ün zabitlərinin yol kənarında reydlər keçirdiyi, sürücüləri saxladığı və nəqliyyat vasitələrini yoxladığı barədə xəbərlər verir. Eləcə də sosial mediada bu hərbi birləşmənin döyüşçülərinin dronları vurmağı və pilotsuz uçuş aparatlarını idarə etməyi öyrəndikləri barədə görüntülər yayılıb.

Adam Kadırov indiyə kimi iki dəfə “Çeçenistan Qəhrəmanı” adına layiq görülüb və respublikada bir sıra yüksək vəzifələrə, o cümlədən Təhlükəsizlik Şurasının katibi və Daxili İşlər Nazirliyinin kuratoru vəzifələrinə sahibdir. Bundan əlavə, A.Kadırov atasının təhlükəsizlik xidmətinin də rəhbəridir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol