Menu

ABŞ rəsmisi Kubaya səfər edəcək

09.01.2015, 08:52
ABŞ rəsmisi Kubaya səfər edəcək

ABŞ dövlət katibinin Qərb yarımkürəsi məsələləri üzrə köməkçisi Robert Ceykobson yanvarın 21-22-də Kubaya səfər edəcək.

APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, səfərin məqsədi miqrasiya məsələləri daxil olmaqla, iki dövlət arasında münasibətlərin normallaşdırılması istiqamətində danışıqların aparılmasıdır.

Bundan əvvəl ABŞ Dövlət Departamentinin mətbuat katibi Cen Psaki Kubada ABŞ səfirliyi açılandan sonra dövlət katibi Con Kerri və prezident Barak Obamanın Havanaya səfər edəcəklərini bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol