Menu

Esmira Cəfərova etimadnaməsinin surətini Macarıstan XİN-ə təqdim edib

17.09.2026, 14:55
Esmira Cəfərova etimadnaməsinin surətini Macarıstan XİN-ə təqdim edib

Azərbaycanın Macarıstandakı yeni səfiri Esmira Cəfərova etimadnaməsinin surətini bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) təqdim edib.

"AzPolitika" xəbər verir ki, bu barədə Azərbaycanın Budapeştdəki diplomatik missiyasının rəhbəri "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Bu gün mən etimadnaməmin surətini Macarıstan Xarici İşlər Nazirliyinin Protokol şöbəsinin rəisi Mariann Syuçə (Mariann Szücs) təqdim etdim. Qonaqpərvərliyə görə təşəkkür edirəm!", - E.Cəfərova yazıb.

Esmira Cəfərova Prezident İlham Əliyevin 29 iyul tarixli Sərəncamı ilə Azərbaycanın Macarıstandakı səfiri təyin edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol