Ermənistan hakimiyyəti Rusiya ilə əlaqələri kəsmək və Qərblə əməkdaşlığı gücləndirmək kursu müəyyən edib.
“AzPolitika” Rusiya mediasına istinadla xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Elmi ekspert şurasının rəyasət heyətinin iclasında deyib.
Onun sözlərinə görə, İrəvanın NATO ilə əməkdaşlığı genişləndirmək istəyi göz qabağındadır: "Ermənistanla bağlı açıq görünən vəziyyət yaranıb. Xatırladım ki, 1990-cı illərdə Rusiya bu ölkəni iqtisadi və enerji böhranından xilas etdi. Avrasiya İqtisadi Birliyindəki(AİB) on illik üzvlüyü ərzində onun iqtisadiyyatı təxminən üç dəfə böyüdü. Buna baxmayaraq, mövcud hakimiyyət Rusiya ilə əlaqələri kəsmək və Qərblə əməkdaşlığı gücləndirmək kursu seçib".
Şoyqu Ermənistanı AİB-ə qarşı istehlakçı münasibətdə də günahlandırıb: "İrəvanın NATO ilə əməkdaşlığı genişləndirmək istəyi, regional inteqrasiya mexanizmlərinə, ilk növbədə AİB və KTMT-yə qarşı isə açıq şəkildə istehlakçı mövqeyi göz qabağındadır".
Rusiya Təhlükəsizlik Şurasının katibi daha sonra bəyan edib ki, rəsmi İrəvan Rusiyanın milyardlarla sərmayə qoyduğu Ermənistandakı müəssisələri ələ keçirir: "Ermənistanda fəaliyyət göstərən Rusiya biznesinə qarşı qeyri-dost yanaşma və açıq-aşkar ikili standartlar tətbiq olunur. Rusiyanın milyardlarla sərmayə qoyduğu müəssisələrdə və bütöv sənaye sahələrində baş verənləri "basqınçılıq"dan başqa bir şey kimi təsvir etmək olmur".
“AzPolitika.info”


Şərhlər