Menu

RUSİYADA SEÇKİ BAŞLADI - İlk dəfə bu ərazilərdə də səsvermə keçiriləcək

18.09.2026, 10:01
RUSİYADA SEÇKİ BAŞLADI - İlk dəfə bu ərazilərdə də səsvermə keçiriləcək

Bu gün IX çağırış Rusiya Dövlət Dumasına üç günlük seçkilər başlayıb. 

“AzPolitika” TASS agentliyinə istinadla xəbər verir ki, yerli vaxtla səhər saat 8:00-da Kamçatka və Çukotkada ilk seçki məntəqələri açılıb.

Bu, Ukraynaya qarşı müharibə başlayandan bəri keçirilən ilk parlament seçkisi olacaq. Eyni zamanda, Ukraynanın işğal olunmuş ərazilərinin sakinləri də ilk dəfə parlament seçkilərində səs verəcəklər.

Dövlət Duması qarışıq sistemlə formalaşdırılacaq: 225 yer partiya siyahıları əsasında, qalan 225 yer isə təkmandatlı seçki dairələri arasında bölüşdürüləcək. Seçicilər iki bülleten alacaqlar. Birində bir partiyanı, digərində isə öz dairələrində konkret bir namizədi seçəcəklər.

Federal seçki siyahısında on partiya olacaq: “Vahid Rusiya”, Rusiya Liberal Demokrat Partiyası (LDPR), Rusiya Federasiyası Kommunist Partiyası (KPRF), “Ədalətli Rusiya”, “Yeni Adamlar”, “Birbaşa Demokratiya”, “Yaşıllar”, “Pensiyaçılar”, “Rusiya Kommunistləri” və “Rodina” partiyaları. Müharibə əleyhinə çıxış edən yeganə müxalif “Yabloko” partiyası Ali Məhkəmənin qərarı ilə partiya siyahısı üzrə seçkidə iştirakdan məhrum edilib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol