Menu

Azərbaycan ikinci liqasında qalmaqallı oyun - VİDEO

18.09.2026, 12:23
Azərbaycan ikinci liqasında qalmaqallı oyun - VİDEO

Futbol üzrə Azərbaycan ikinci liqasında keçirilən “Şəmkir” – “Kür-Araz” (3:3) oyunu biabırçılıqla yadda qalıb.

“AzPolitika” xəbər verir ki, əvvəlcə qarşılaşmanın baş hakimi Samir Musayev verdiyi qərarla diqqət çəkib.

58-ci dəqiqədə meydan sahiblərinin qapıçısı Fəyyaz Mehdizadə rəqib oyunçu Əli Bayramova qarşı açıq-aşkar kobud oynasa da, referi matçı davam etdirib.

Cəmi 2 dəqiqə sonra isə F.Mehdizadə topu rəqib oyunçuya komanda yoldaşı imiş kimi ötürüb və nəticədə qapısında qol görüb.

Bu yaşananlar isə birmənalı qarşılanmayıb. (qafqazinfo)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol