Menu

“Şəxsi təyyarəmdir, babamdan qalıb” - Paşinyan “yeni təyyarəsi” barədə - VİDEO

18.09.2026, 13:57
“Şəxsi təyyarəmdir, babamdan qalıb” - Paşinyan “yeni təyyarəsi” barədə - VİDEO

“Bu mənim şəxsi təyyarəmdir. Keçən həftə təsadüfən babamın onu mənə miras qoyduğunu öyrəndim. Hazırda sənədləri qaydasına salmağa çalışırıq”. 

“AzPolitika” xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Almaniyanın Visbaden şəhərinə səfərə getdiyi təyyarə barədə açıqlamasında deyib.

Nikol Paşinyan bunu həmin təyyarənin maliyyə mənbəyi, mülkiyyəti və uçuş xərcləri ilə bağlı müxalif medianın iddialarına və tənqidlərinə cavab olaraq, istehzalı şəkildə bildirib. Müxalifəti və keçmiş hökumətə bağlı media orqanlarını lağa qoyan Paşinyan əlavə edib ki, hətta təyyarələri səhv salıb və Frankfurt əvəzinə Visbadenə gəlib.

Qeyd edək ki, Paşinyan Visbadenə Hessen sülh mükafatını almaq üçün gedib. Lakin onu aparan təyyarə Baş nazirə aid hökumət təyyarəsi deyil, biznes təyyarəsi olub. Bu da müxalif çevrələrdə müzakirələrə yol açıb. Lakin göründüyü kimi, Paşinyan təyyarənin mənşəyi barədə konkret heç nə deməyib.


“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol