Menu

“Bu abidələr Azərbaycanın milli və tarixi sərvətinin ayrılmaz hissəsidir” - FOTOLAR

18.09.2026, 22:01
“Bu abidələr Azərbaycanın milli və tarixi sərvətinin ayrılmaz hissəsidir” - FOTOLAR

Sentyabrın 18-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində “Qafqaz Albaniyası haqqında Həsən Həsənovun “Azərbaycan Tarixi Coğrafi Atlas”ından çıxarışlar” mövzusunda seminar keçirilib.

Qurumdan “AzPolitika”ya verilən məlumata görə, “Azərbaycan - tarixi-coğrafi atlas” kitabının müəllifi, tarix elmləri doktoru, Azərbaycanın tanınmış dövlət xadimi Həsən Həsənov bildirib ki, Azərbaycanın tarixi irsinin öyrənilməsi yalnız keçmişin araşdırılması deyil, milli yaddaşın qorunması və gələcək nəsillərə çatdırılması baxımından da mühüm əhəmiyyət daşıyır.

“Prezident İlham Əliyev Qafqaz Albaniyasına aid tarixi abidələrin Azərbaycanın mədəni sərvəti olduğunu və onların dövlət tərəfindən qorunduğunu dəfələrlə qeyd edib. Diqqətə çatdırılıb ki, Qafqaz Albaniyası dövrünə aid dini-mədəni abidələr Azərbaycanın milli və tarixi sərvətinin ayrılmaz hissəsidir. Azərbaycanın qədim tarixi ölkənin müxtəlif dinlərin və mədəniyyətlərin qovuşduğu məkan kimi formalaşmış mühüm rolunu nümayiş etdirir”, - deyə, o, bildirib. 

Seminarda vurğulanıb ki, tarixi xəritələr yalnız coğrafi məkanları göstərən materiallar deyil, eyni zamanda müxtəlif dövrlərdə dövlətçilik, siyasi hakimiyyət, etnosiyasi proseslər və ərazi dəyişikliklərinin daha aydın anlaşılmasına imkan verən mühüm elmi mənbələrdir.

Seminarda tədqiqatçı-alim Həsən Həsənov QHT-lərin, jurnalistlərin, bloger və influenserlərin suallarını cavablandırıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol