Menu

"Mərkəzi Park "20 Sentyabr Parkı" adlandırılsın..." - ƏHD Partiyası xalqı təbrik edib

19.09.2026, 15:18
"Mərkəzi Park "20 Sentyabr Parkı" adlandırılsın..." - ƏHD Partiyası xalqı təbrik edib

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının İdarə Heyəti Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb.

Partiyanın mətbuat xidmətindən "AzPolitika"ya verilən məlumata görə, təbrikdə deyilir:

“Əziz həmvətənlər,

3 il öncə, 2023-cü il sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri cəmi 23 saatlıq antiterror əməliyyatı ilə Azərbaycan ərazisində kök salmış terror qruplarını məhv etdi, separatizmin kökünü kəsdi, Azərbaycanın bütün ərazisində dövlət suverenliyi təmin olundu.

Azərbaycan Silahlı Qüvvələrinin erməni faşizmi üzərində bu tarixi qələbəsi sayəsində Xankəndidə dövlət bayrağımız yenidən ucaldıldı. Bu tarixi nailiyyət milli qürurumuzu, xalqımızın özgüvən hissini bərpa etdi. Türk Dünyasında milli özünəqayıdış prosesinin güclənməsinə böyük töhfə oldu.

20 sentyabr həm də mərhum Prezident Heydər Əliyev tərəfindən ölkəmizdə sabitliyin, inkişafın və gələcək qələbələrimizin əsasını qoyan “Əsrin müqaviləsi”nin imzalandığı gündür.

Təsadüfi deyil ki, ƏHD Partiyası hökumətə etdiyi çağırışda, bu nailiyyətin tarixi əhəmiyyətinin nəzərə alınmasını, Təzəpir məscidinin yaxınlığında yerləşən və şəhərin ən böyük istirahət məkanlarından olan Mərkəzi Parkın da "20 Sentyabr Parkı" adlandırılmasını təklif edib.

ƏHD Partiyası bu əlamətdar gündə Qələbəmiz üçün həyatlarını qurban vermiş şəhidlərimizi böyük ehtiramla anır, onlara Allahdan rəhmət, sağlamlığını itirmiş hərbçilərimizə şəfa, şəhid ailələrinə və bu qələbəni bizə yaşatmış qazilərimizə dövlət qayğısı ilə əhatə olunmuş firəvan həyat arzulayır.

Dövlət Suverenliyi Günümüz mübarək!”

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol