Menu

NAZİR ƏMR İMZALADI - Aysel İbayevaya vəzifə verildi

21.09.2026, 14:21
NAZİR ƏMR İMZALADI - Aysel İbayevaya vəzifə verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni təyinat olub.

"AzPolitika" İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı nazir Anar Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Aysel İbayeva İcbari tibbi sığorta siyasəti və tibbi-sosial ekspertiza şöbəsinin müdir müavini vəzifəsinə təyin olunub.

O bu təyinatadək 10 il müddətində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Hüquq departamentinin rəhbəri vəzifəsində çalışıb. 2011-2016-cı illərdə isə "PAŞA Sığorta" ASC-də Hüquq departamentinin müdir müavini vəzifəsində işləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol