Menu

Səhiyyə Nazirliyindən Səyyad Arana cavab

21.09.2026, 15:26
Səhiyyə Nazirliyindən Səyyad Arana cavab

Xəbər verdiyimiz kimi, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında millət vəkili Səyyad Aran səhiyyə naziri ilə bağlı tənqidi fikirlər səsləndirib.

"AzPolitika" xəbər verir ki, Səhiyyə Nazirliyindən deputatın bu fikirlərinə cavab verilib.

“Səhiyyə Nazirliyində vətəndaşların qəbulu müəyyən edilmiş qrafik əsasında nazir və digər rəhbər vəzifəli şəxslər tərəfindən nazirliyin inzibati binasında həyata keçirilir. Nazirliyin rəsmi internet səhifəsində vətəndaş qəbulu ilə bağlı müvafiq məlumatlar yerləşdirilir.

Bu baxımdan, sözügedən fikirlərin ictimaiyyət tərəfindən düzgün anlaşılması üçün qeyd olunan səlahiyyət bölgüsünün nəzərə alınması vacibdir”, - açıqlamada qeyd olunub.

Xatırladaq ki, S.Aran bildirmişdi ki, səhiyyə naziri qəbula gedərkən bəndi-bərəni elə kəsdirirlər ki, ora yaxınlaşmaq olmur. Əvvəlcədən nisbətən yumşaq, zərərsiz çıxışları olan adamları siyahıya alıb içəri buraxırlar, ssl şikayəti olanlar isə sözünü nazirə deyə bilmirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol