Menu

HACIYEVA YÜKSƏK VƏZİFƏYƏ TƏYİN OLUNDU - Nazir əmr imzalayıb

22.09.2026, 20:28
HACIYEVA YÜKSƏK VƏZİFƏYƏ TƏYİN OLUNDU - Nazir əmr imzalayıb

Vəkillər Kollegiyasının keçmiş üzvü, “Ədalət” Vəkil Bürosunun sabiq vəkili Türkan Muxtar qızı Hacıyeva Ədliyyə Nazirliyində yüksək vəzifəyə təyinat alıb.

"AzPolitika"nın məlumatına görə, o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəis müavini vəzifəsinə təyin olunub.

Bu münasibətlə Türkan Hacıyeva Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin keçirilən növbəti iclasına dəvət edilib.

İclasda Türkan Hacıyeva Vəkillər Kollegiyasında müasir texnologiyaların tətbiqi sahəsində göstərdiyi xidmətlərə və verdiyi töhfələrə görə Kollegiyanın Rəyasət Heyətinin Fəxri Fərmanı və xatirə hədiyyəsi ilə təltif olunub.

Şərhlər

xalid 2026-09-23 00:27:24

Təbriklər! Əsil layiqli kadrdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol