Menu

BAKIDA 150-DƏN ÇOX BİNA SÖKÜLƏCƏK - Kompensasiya məbləğləri açıqlandı

23.09.2026, 20:50
BAKIDA 150-DƏN ÇOX BİNA SÖKÜLƏCƏK - Kompensasiya məbləğləri açıqlandı

"Bakının Sabunçu, Binəqədi və Suraxanı rayonlarında 150-dək bina söküləcək".

"AzPolitika" xəbər verir ki, bu fikirləri Oxu.Az-a açıqlamasında Qiymətləndiricilər Cəmiyyəti İdarə Heyətinin sədri Vüqar Oruc deyib.

O bildirib ki, binaların bir neçəsində söküntü işlərinə start verilib:

"Digər hissəsində isə inventarlaşma işi aparılır, qiymətləndirmə həyata keçirilir, siyahılar müəyyənləşir. Bəzi məkanlarda isə planlaşdırma işləri davam edir. Söküləcək binaların qəzalı olması və yaxud istismar müddətini bitirməsi üçün müvafiq dövlət qurumları birgə yaratdığı komissiyanın rəyi əsasında həmin binanın qəzalı olması elan edilməlidir. Daha sonra həmin bina qeydiyyata alınmalıdır. Yəni vətəndaşın yaşadığı mənzilin sahəsi və digər detallar qeyd olunmalıdır. Daha sonra tender elan olunmalıdır ki, həmin ərazilərdə satınalma həyata keçirilə bilsin. Həmçinin qeyd edək ki, söküləcək binanın yerində yenisi tikiləcəksə, vətəndaşa aylıq 600 manat miqdarında kirayə məbləği ödəniləcək. Yox, əgər həmin ərazidə abadlaşdırma işləri aparılacaqsa, ərazi dövlət planına uyğun istifadə olunacaqsa, birbaşa kompensasiya məbləği ödənişi olunacaq".

V.Oruc xatırladıb ki, bir çox vətəndaşlar binaların nə vaxt söküləcəyi ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinə müraciət edirlər:

"Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı" layihəsinə uyğun olaraq işlər mərhələli şəkildə icra olunur. Hansı binanın öncə, hansınınsa daha sonra sökülməsinə müvafiq icra hakimiyyəti orqanı və investorların birgə qərarı əsasında müəyyənləşəcək. Çünki yeni bina inşa etmək üçün mütləq investora ehtiyac var. Bu da qarşılıqlı razılaşma əsasında həyata keçirilir. Kompensasiyaların məbləğlərinə gəlincə bu, təqribən 1000-3000 aralığında dəyişir. Bu məbləğlər həmin ərazidə bazar qiymətləri əsasında hesablanır. Fərdi yaşayış evləri, yataqxanalar da bu siyahıya daxildir".

Şərhlər

Fəxrəddin 2026-09-26 03:36:19

iceri səheri Mehdi huseyin kucesi51 navaxt. sokuləcək

Alakbar Mammadov 2026-09-25 17:23:29

Bakı şəhər Sabunçu rayonu Pirşağı qəsəbəsində söküntü olacaq ?

Sadiq Abbasov 2026-09-25 14:45:00

Dernegulde yataqxanalar nevaxt sökülür

Arzu 2026-09-25 06:53:05

Bineqedi rayonu agasadiq gereybeyli kucesi 37 de olan yataqxana texminen ne vaxt sokulecek?

Ələkbərova Xalidə 2026-09-25 06:04:57

Binəqədi rayonu. Mədən 3.ünvanı nə vaxt söküləcək?

Famil 2026-09-25 00:35:13

Salam
Yeni Yasamal rayonunda Məhəmməd Xiyabani 211 dəki 5 mərtəbələr niyə sökülmür? Qabaginda bina tikdiler tikendede bina oqeder zede aldi ki qonsularin evindede divarlarin her yeri cartladi xais edirik sokun burani bina eyri gedir

Dilare 2026-09-24 18:39:14

Salam mamam gilde sabunçuda olur teze alıblar düzdü serayit yaxsıdı ama neft kacalkasıynan üz üzedi azca aralıdı oralarda sökülecek, nevaxt sökülecek hara gönderilecek papam diyalez xesdesidi bide nermanov ne zaman gedecek plana Habil mirzeyev kücesinde olan evler

Nurlan 2026-09-24 16:58:56

Salam. Sabunçu rayonu Muxdadır Aydınbəyov küçəsində söküntü işləri nə zaman olacaq?

Fariz 2026-09-24 13:02:18

Sabunçu rayonu zabrat 1 qəsəbəsi köhnə adı oktyabr 13 .15 küçələri indiki fərman salmanov küçəsi təxminən neçənci ildə söküləcək söküləcək?

Çiçək Qarayeva 2026-09-24 11:37:49

Salam
Nərimanov rayonu Maqsud Əlizadə küçəsindəki uçuq -sökük ümumi həyət evlər nə vaxt söküləcək.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol