Menu

PREZİDENT ONUN RÜTBƏSİNİ ARTIRDI - General-leytenant oldu

25.09.2026, 20:47
PREZİDENT ONUN RÜTBƏSİNİ ARTIRDI - General-leytenant oldu

Allahverən İbiş oğlu İsmayılova general-leytenant ali hərbi rütbəsi verilib.

"AzPolitika" xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini general-mayor Allahverən İbiş oğlu İsmayılova "general-leytenant" ali hərbi rütbəsi verilib.

Qeyd edək ki, Allahverən İsmayılov dövlət orqanlarında rabitə sahəsində səmərəli xidmətlərinə görə 2016-cı ildə "Əməkdar mühəndis" fəxri adı ilə təltif olunub. 

Bundan əlavə informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 

"AzPolitika.info"

Şərhlər

Roma 2026-09-26 08:07:24

Qardaşı İmamverdi İsmayılov da Milli Məclisin əbədi deputatıdır, bilmirəm 2-ci belə bir deputat varmı 7 qat, yəni 1-7-ci çağırışların hamısında Xalq tərəfindən "yaxşı fəaliyyətinə görə seçilib"...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol