Menu

Azərbaycanlılar daha bir ölkəyə vizasız gedə biləcəklər – Saziş təsdiqləndi

30.09.2026, 12:46
Azərbaycanlılar daha bir ölkəyə vizasız gedə biləcəklər – Saziş təsdiqləndi

Milli Məclis "Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş"i təsdiq edib.

"AzPolitika" xəbər verir ki, bununla bağlı qanun layihəsi parlamentin payız sessiyasının bugünkü - ilk iclasının gündəliyinə daxil edilib.

Layihəyə əsasən, Azərbaycan vətəndaşları 90 gün İordaniyada vizasız qala biləcəklər.

2026-cı il iyulun 8-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş" müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol