Menu

ELEKTRON PUL KÖÇÜRMƏLƏRI İLƏ BAĞLI MÜHÜM DƏYİŞİKLİK - Sabahdan qüvvəyə minir

30.09.2026, 14:33
ELEKTRON PUL KÖÇÜRMƏLƏRI İLƏ BAĞLI MÜHÜM DƏYİŞİKLİK - Sabahdan qüvvəyə minir

"Öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər tərəfindən məlumat və sənədlərin Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsi Qaydası"nın, maliyyə institutlarının Maliyyə Monitorinqi Xidmətinə məlumat və sənədlər təqdim etməli olduqları nağd şəkildə həyata keçirilən əməliyyatların və maliyyə vəsaitlərinin elektron köçürülməsi əməliyyatlarının məbləğinin minimum həddinin, habelə əməliyyatları icra etmədən məlumat və sənədlər təqdim etməli olduqları əməliyyatların məbləğinin minimum həddinin təsdiq edilməsi barədə" qərarda dəyişikliyi barədə qərar sabahdan qüvvəyə minir.

"AzPolitika" xəbər verir ki, Xidmətin İdarə Heyətinin sədri Zaur Fətizadənin imzaladığı qərara əsasən, maliyyə institutlarının quruma məlumat və sənədlər təqdim etməli olduqları maliyyə vəsaitlərinin elektron köçürülməsi əməliyyatlarının məbləğinin bir təqvim ili üzrə minimum həddi 20 000 manat və yaxud ona ekvivalent xarici valyuta məbləği müəyyən edilr və müştərinin hər növbəti maliyyə vəsaitlərinin elektron köçürülməsi əməliyyatına münasibətdə tətbiq edilir.

Öhdəlik daşıyan şəxslər indiyə qədər müştərisi olan hüquqi şəxslərin benefisiar mülkiyyətçiləri barədə məlumatları Xidmətə 2027-ci il 31 dekabr tarixinə qədər təqdim etməlidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol