1 oktyabr Beynəlxalq Ahıllar günüdür.
"AzPolitika" xəbər verir ki, "Qafqazinfo" Bilgəh qəsəbəsində yerləşən "Ahıllar evi"ndən reportaj hazırlayıb.
Videoreportajda diqqətçəkən məqam Mirvari Məmmədova adlı "Ahıllar evi" sakini olan qadının bir zamanlar deputat olduğunu bildirməsi olub.
Mirvari Məmmədova Bakının Keşlə rayonunun (indiki Nərimanov rayonu) 1967-1971-ci illərdə Azərbaycan SSR Ali Sovetinin VII çağırış deputatı olub. Sabiq deputat Mirvari Məmmədova fəhlə sinfinin fəal nümayəndəsi kimi qanunverici orqanda Bakı şəhərinin 28 saylı Keşlə seçki dairəsindən deputat seçilib.
O, Bakı Alətqayırma Zavodunda (indiki Cihazqayırma Zavodu) toplayıcı-çilingər kimi fəaliyyət göstərib.
Qeyd edək ki, sabiq deputat Mirvari Məmmədovanın hansı səbəbdən "Ahıllar evi"nə yerləşdirildiyi məlum deyil. O, videomaterialda övladının Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirdiyini və onun bir gün "Ahıllar evi"nə gələcəyini gözlədiyini qeyd edib.(manşet.az)



Şərhlər