Rusiyanın Kalininqrad bölgəsilə bağlı aqressiv bəyanatlar səsləndirilməyə başlayıb.
“AzPolitika” xəbər verir ki, Rusiyanın İrlandiyadakı diplomatik nümayəndəliyi Kalininqradın blokadası halında nüvə silahlarından istifadəni istisna etmir.
Səfirliyin mətbuat xidməti bildirib ki, əgər NATO regionu Rusiyanın qalan hissəsindən təcrid etməyə çalışarsa, Rusiya nüvə silahları da daxil olmaqla bütün arsenalından istifadə etməyə hazır olacaq.
Səfirlik həmçinin bildirib: "NATO-nun Kalininqradı hava və dəniz blokadasına almağa hazırlaşması barədə məlumat alıb": "Rusiya Avropaya hərbi müdaxilə planlaşdırmır və Avropa ölkələri ilə münasibətləri daha da pisləşdirmək üçün heç bir səbəbi yoxdur".
Səfirliyin bəyanatına Kremlin mətbuat katibi Dmitri Peskov da dəstək verib.
O deyib ki, Rusiya diplomatları Avropadakı “qaynar başlara” xatırladırlar: "Kalininqrad blokadasına nüvə cavabı tənzimləyici sənədlərlə müəyyən edilib. Rusiya Qərbin Kalininqradı blokada planları ilə bağlı açıqlamalarını qeydə alır və onlara cavab verir".
“AzPolitika.info”


Şərhlər