Dubaydan Təl-Əvivə reys həyata keçirən "Flydubai" təyyarəsinin pilotları Rusiya və Ukrayna əsillidirlər.
"AzPolitika" "Report"a istinadla xəbər verir ki, kabinədəki davadan sonra onları təyyarədən çıxarıblar.
Öz növbəsində "FlyDubai" aviaşirkətindən bildirilib ki, kabinədə dava salan pilotların bu cür davranışına təəccübləniblər.
Məlumatlara görə, bir pilot Rusiya, ikincisi isə Ukrayna əsillidir.
Təyyarə Səudiyyə Ərəbistanının Tabuk hava limanında təcili eniş edib.
***
Göyərtəsində 174 sərnişinin olduğu "Flydubai" təyyarəsi Səudiyyə Ərəbistanına eniş edib.
"AzPolitika" xəbər verir ki, İsrail mətbuatı qaçırılma siqnalının verilməsinə pilotlar arasında baş verən fiziki qarşıdurmanın səbəb olduğunu yazıb.
***
Dubaydan Təl-Əvivə uçan sərnişin təyyarəsinin qaçırıldığı iddia olunur.
"AzPolitika" xəbər verir ki, “Flydubai” aviaşirkətinə məxsus və göyərtəsində 174 nəfər sərnişin olan reys qeyri-adi şəkildə Səudiyyə Ərəbistanına yönləndirilib.
Bildirilir ki, təyyarə qısa müddət ərzində fövqəladə vəziyyəti, ardınca isə qaçırılmanı bildirən siqnallar verib.
Hazırda təyyarənin qaçırılması barədə təsdiqlənmiş məlumat olmasa da, pilotla əlaqə qurmağın mümkün olmadığı bildirilir. Həyəcan siqnallarının səbəbi araşdırılanadək təyyarəni müşayiət etməsi üçün İsrail Hərbi Hava Qüvvələrinin iki qırıcısı havaya qaldırılıb.
Məlumata görə, artıq İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrail Kats məsələ ilə bağlı təcili məsləhətləşmələr keçirir.


Şərhlər