Quba-Xınalıq yolunda sürüşmə olub.
"AzPolitika" APA-ya istinadla xəbər verir ki, sürüşmə yolun "Nazlı bulaq" kimi tanınan hissəsində baş verib, yola qum və palçıq axıb.
Bu səbəbdən avtomobillərin hərəkəti dayanıb.
Hazırda yolun açılması istiqamətində tədbirlər görülür.


Şərhlər