Menu

Azərbaycan şahmatçılarının FIDE reytinqi açıqlandı

01.10.2026, 16:16
Azərbaycan şahmatçılarının FIDE reytinqi açıqlandı

Beynəlxalq Şahmat Federasiyası (FIDE) oktyabr ayı üçün reytinq cədvəlini yeniləyib.

"AzPolitika" xəbər verir ki, Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov (2710) 29-cu pillədə qərarlaşıb.

Teymur Rəcəbov (2689) 38-ci, Aydın Süleymanlı (2679) 41-ci yerdədir. Məhəmməd Muradlı (2662) 53-cü, Rauf Məmmədov (2632) 89-cudur.

Siyahıya norveçli Maqnus Karlsen (2823) başçılıq edir.

Qadınlardan Ülviyyə Fətəliyeva (2395) 55-ci, Gövhər Beydullayeva (2392) 57-ci, Xanım Balacayeva (2357) 83-cü, Günay Məmmədzadə (2348) 93-cü pillədə qərarlaşıb.

Birinci sırada çinli Yifan Hou (2596) yer alıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol