Menu

"Bizim rolumuz daha da artacaq" - Prezident

02.10.2026, 12:05
"Bizim rolumuz daha da artacaq" - Prezident

Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir: xam neft, neft məhsulları, təbii qaz, elektrik enerjisi, neft-kimya məhsulları və gübrələr ki, bunların da istehsalı üçün əsas mənbə enerjidir.

"AzPolitika" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı söyləyib.

Dövlət başçısı qeyd edib ki, enerji resursları ilə zəngin olan Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib.

"Çünki enerji təhlükəsizliyi - bu, hər bir ölkənin milli təhlükəsizliyi deməkdir və bizim rolumuz daha da artacaq", - deyə Prezident əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol