2026-cı ilin birinci yarısında, ötən ilin eyni dövrü ilə müqayisədə, MDB üzrə ümumilikdə Ümumi Daxili Məhsul(ÜDM) 1,6% artıb.
“AzPolitika” xəbər verir ki, MDB İcraiyyə Komitəsinin açıqladığı statistikada belə deyilir.
Ən yüksək artım tempi Qırğızıstandadır - 11,1%. Sonrakı yerlərdə Özbəkistan (8,5%) və Tacikistan (8,2%) gəlir. Azərbaycanda bu göstəricinin 1.4 faiz olduğu qeyd edilir.
Beləliklə, 2026-cı ilin birinci yarısında (yanvar–iyul) MDB ölkələri üzrə ÜDM-in artım göstəriciləri aşağıdakı kimidir:
1. Qırğızıstan — 11,1%
2. Özbəkistan — 8,5%
3. Tacikistan — 8,2%
4. Türkmənistan — 6,3%
5. Ermənistan — 6,0%
6. Qazaxıstan — 4,1%
7. Belarus — 2,1%
8. Azərbaycan — 1,4%
9. Rusiya — 0,6%
10. Moldova — 0,6%
Qeyd edək ki, Azərbaycan Dövlət Statistika Komitəsinin son rəsmi açıqlamalarına görə, 2026-cı ilin ilk 8 ayında (yanvar-avqust) ölkədə real ÜDM artımı cəmi 1,2% təşkil edib.
2025-ci ildə isə Azərbaycanın ÜDM artımı 1.4 faiz olub.
C.Məmmədli
“AzPolitika.info”


Şərhlər