Hindistan Seçki Komissiyası rəhbərinin istefası tələbi ilə keçiriləcək aksiya ərəfəsində "Cockroach" ("Tarakan") gənclər hərəkatının lideri Abxicit Dipke Dehli hava limanında saxlanılıb.
"AzPolitika" "Report"a istinadən xəbər verir ki, saxlanılma barədə məlumatı hərəkatın özü yayıb.
Dipke Mumbaydan Dehliyə yollanıb. Hindistan telekanallarının məlumatına görə, polislər onu təyyarədən endikdən sonra qarşılayıb və səlahiyyətlilərin daha əvvəl qadağan etdiyi aksiyanın keçirilməsindən imtina etməsini tələb ediblər.
Ondan əlavə, təşkilatın daha iki rəhbəri - Saurav Das və Aşutoş Ranka da saxlanılıb.
Genişmiqyaslı aksiya Hindistan Seçki Komissiyasının rəhbəri Qyaneş Kumara qarşı etiraz əlaməti olaraq planlaşdırılmışdı. Təşkilatçılar seçici siyahılarında manipulyasiya ittihamlarına görə onun istefasını tələb edirlər. Tənqidçilər iddia edirlər ki, yenidən baxılma zamanı təxminən 130 milyon nəfər ilkin siyahılardan çıxarılıb.


Şərhlər