Menu

DSX-dən əməliyyat: İran vətəndaşları narkotiklə yaxalandı

02.11.2026, 12:35
DSX-dən əməliyyat: İran vətəndaşları narkotiklə yaxalandı

İrandan Azərbaycana külli miqdarda narkotik vasitəni keçirməyə cəhd göstərən şəxslər saxlanılıb.

Bu barədə "AzPolitika"ya Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

Bildirilib ki, DSX-nın Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində iki nəfərin İrandan Azərbaycan istiqamətinə hərəkəti müşahidə edilib.

Sərhəd zastavası dərhal "Silaha" komandası üzrə qaldırılmış, ərazi qapadılmış və sərhəd pozucularının saxlanılması məqsədilə zəruri tədbirlər görülüb.

Keçirilmiş kompleks sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 16 kiloqram 128 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd göstərən İran vətəndaşları saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol