Menu

Yol qəzalarının 9 aylıq yekunu - 500 ölü, 640 yaralı

17.11.2026, 10:47
Yol qəzalarının 9 aylıq yekunu - 500 ölü, 640 yaralı

Bu ilin 9 ayı ərzində yol-nəqliyyat hadisələri zamanı 500 nəfər ölüb, 640 nəfər yaralanıb.

Bu barədə "AzPolitikat"ya Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, bu ilin yanvar-sentyabr aylarında 838 və ya 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,4 faiz az yol-nəqliyyat hadisəsi baş verib.

Bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 9,8 faiz azalaraq 1140 nəfər olub.

Hadisələrin 41,8 faizi gecə, 40,4 faizi gündüz, 17,8 faizi isə toran vaxtı baş verib. Yol-nəqliyyat hadisələrinin 34,0 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 82,9 faizi yaşayış məntəqələrində baş verib və bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 2,3 faiz azalaraq 345 nəfər, yaralananların sayı isə 16,5 faiz azalaraq 591 nəfər olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol