Menu

Klubdan çıxdı, maşını mağazalara çırpdı, dava saldı - Video

17.11.2026, 11:16
Klubdan çıxdı, maşını mağazalara çırpdı, dava saldı - Video

“Neftçilər” metrosu ərazisində gecə saatlarında baş verən hadisə ətrafdakıların diqqətini cəlb edib. İçkili olduğu iddia edilən sürücü avtomobili mağazalara çırpıb, daha sonra isə küçədə əlbəyaxa dava baş verib.

"AzPolitika" Patrul.az-a istinadla xəbər verir ki, ilkin məlumata görə, gecə klubundan sərxoş vəziyyətdə çıxdığı bildirilən şəxs 10 DK 111 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən restoranın aşağı hissəsində yerləşən mağazalara çırpılıb.

Hadisə bununla yekunlaşmayıb. Belə ki, gecə klubundan çıxan bir qadınla həmin şəxs arasında mübahisə yaranıb və tərəflər arasında qarşılıqlı fiziki qarşıdurma baş verib.

Şahidlərin sözlərinə görə, sərxoş olduğu iddia edilən şəxsi sakitləşdirmək ətrafdakılar üçün çətin olub. Hadisə zamanı həm avtomobilin mağazalara çırpılması, həm də küçədə baş verən əlbəyaxa qarşıdurma ətrafdakıların diqqətini cəlb edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol