“Bakcell” gənclərin texnoloji bacarıqlarının inkişafına yönəlmiş hakatonlar silsiləsini davam etdirir.
Bu dəfə “Peerstack Academy” tələbələri süni intellekt üzrə keçirilən hakatonda bir araya gəliblər.
Hakaton çərçivəsində iştirakçılar telekommunikasiya sahəsi üçün süni intellekt dəstəkli məhsullar hazırlayıblar. Komandalar müasir süni intellekt alətlərindən istifadə edərək müxtəlif texnoloji həllər üzərində çalışıb, ideyalarını praktik layihələrə çeviriblər.
Hakaton zamanı gənclər texniki bilikləri ilə yanaşı, komanda işi, problem həlletmə və yaradıcı düşünmə bacarıqlarını da nümayiş etdiriblər. Hazırlanan layihələr funksionallıq, texnoloji yanaşma, istifadəçi təcrübəsi və təqdimat meyarları əsasında qiymətləndirilib.
Hakatonun sonunda fərqlənən komandalar “Bakcell” tərəfindən xüsusi hədiyyələrlə mükafatlandırılıb.
“Bakcell” bu kimi təşəbbüslərlə gənc istedadların inkişafına və onların rəqəmsal bacarıqlarının gücləndirilməsinə dəstəyini davam etdirir.
“Bakcell” haqqında
“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan “Bakcell” süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
“Bakcell” müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibində olan “Azerconnect Group”a daxildir.







Şərhlər