Menu

Bulvara daha 10 milyon ayrıldı

27.11.2013, 19:01
Bulvara daha 10 milyon ayrıldı

Preizdent İlham Əliyev Dənizkənarı Bulvarda yenidənqurma və abadlıq işlərinin davam etdirilməsi ilə bağlı sərəncam imzalayıb.

AzərTAc-ın istinadən xəbər verir ki, sərəncama əsasən Dənizkənarı Bulvar İdarəsinə 10 (on) milyon manat ayrılıb. 1. Bakı şəhərində Dənizkənarı Bulvarda aparılan yenidənqurma və abadlıq işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinə 10 (on) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol