Menu

Erməni ailəsini qətlə yetirən şəxs yaxalandı

13.01.2015, 08:54
Erməni ailəsini qətlə yetirən şəxs yaxalandı

Ermənistanın Gümrü şəhərində bir ailəni qətlə yetirməkdə şübhəli bilinən rusiyalı hərbçi Valeri Permyakov yaxalanıb.

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, V.Permyakov Ermənistan-Türkiyə sərhədində, Bayandur kəndi yaxınlığında tutulub.

Ermənistanın hüquq-mühafizə orqanları rusiyalı hərbçinin saxlandığını təsdiqləyib.

Məlum olduğu kimi, yanvarın 12-də Gümrü şəhərində Avetisyanlar ailəsi güllələnib. Ölənlər arasında 2 yaşlı körpənin olduğu da bildirilir. Daha bir uşaq hazırda reanimasiyadadır. Cinayəti törətməkdə Gümrüdə yerləşən Rusiyaya məxsus 102-ci hərbi bazasının əsgəri Valeri Permyakov şübhəli bilinir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol